Tanınmış ABŞ hərbi ekspertindən Azərbaycanı dəstəkləyən mövqe - FOTO

Amerikalı hərbi və siyasi ekspert Lyuk Kofi “Twitter” hesabında Azərbaycanı dəstəkləyən və ölkəmizin mövqeyinə haqq qazandıran paylaşım edib.

Gununsesi.org musavat.com-a istinadla xəbər verir ki, Lyuk Kofi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini sərt formada tənqid edib.

Beynəlxalq birliyin bu işğal faktına ikili standartla yanaşdığını bildirib.

“Söhbət Ermənistan və Azərbaycan arasındakı toqquşmalardan gedəndə mövzuya dair çoxlu şərhlər olur, lakin bəzi vacib məqamlar unudulmamalıdır:

– Ermənistan hal-hazırda Azərbaycanın 20% torpağını işğal altda saxlayır.

– Rusiya Ermənistana bunu etməyə icazə verir.

– İran da bundan faydalanır”.

Lyuk Kofi daha sonra bunları yazıb:

“Əsəblərimi korlayan nöqtə isə bundan ibarətdir ki, Rusiyanın Gürcüstanı və Ukraynanı işğal etməsi pis qarşılanır, amma mövzu Ermənistanın Azərbaycan ərazilərini işğal altda saxlamağı olanda bu, qarışıq və çətin mövzu olur”.

Siyasi şərhçi və ABŞ ordusunun veteranı Lyuk Kofinin birmənalı olaraq Azərbaycan mövqeyindən çıxış etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, L.Kofi vaxtilə Birləşmiş Krallığın sabiq Müdafiə naziri Laym Foksun xüsusi məsləhətçisi kimi fəaliyyət göstərib.

Ayxan ABBASLI,
Musavat.com

 

 

 

Gununsesi.org