
“Elif” serialının aktrisalarından olan Dilara Yüzer ərə gedib.
Gununsesi.info axşam.az-a istinadən bildirir ki, gənc aktrisa uzun müddətdir birlikdə olduğu uşaqlıq sevgilisi Kaan Kılıça ərə gedib. Toy İstanbul boğazında təşkil edilib.
Yüzer “İki mühüm xəyalım var idi: uşaqlıq sevgim Kaana ərə getmək və işimdə çox uğurlu olmaq… Şükür ki, işimdə gözəl addımlarla irəliləyirəm və ilk sevgilimlə də evləndim” deyib.
Gununsesi.info













