Tanınmış aktyor Halit Ergenç aparıcılıq edəcək

Türkiyədə geniş tamaşaçı auditoriyası olan “Kim milyoner olmak ister?” intellektual şousunun aparıcısı dəyişib.

Gununsesi.org xəbər verir ki, bundan sonra yarışmanı tanınmış aktyor Halit Ergenç aparacaq.

HTML tutorial

Bir müddət istirahət etmək istəyən aktyor serialda çəkilmək istəmir.

Qeyd edək ki, yarışmanın aparıcısı Murad Yıldırım yenidən aktyor kimi fəaliyyətini davam etdirəcək. Aktyorun artıq “Ramo” adlı serialda baş rolda oynacağı da dəqiqləşib.

Halit Ergenç “Aliyə” teleserialında Sinan, “Min Bir Gecə”də Onur, “Möhtəşəm Yüzil”də Sultan Süleyman və “Vətənim Sənsən” tarixi teleserialında Cövdət obrazları ilə Azərbaycan tamaşaçısına tanışdır.

Gununsesi.org