
Mehmet Ali Erbil rol aldığı “Türk malı” serialından qovulub.
Gununsesi.info xəbər verir ki, bu barədə UçanKuş TV məlumat yayıb.
Bildirilir ki, aktyor çəkiliş zamanı serial ərsəyə gətirən prodakşının işçisinə instaqramda mesaj yazıb.
Ancaq həmin xanım Erbilin mesajlarına cavab verməyib. Mehmet Ali layihənin prodüserləri ilə görüşərək “Bu qızı işdən qovun” deyib.
Lakin, şirkət Erbilin bu istəyini geri çevirib, kiçik bir araşdırma aparıb. Məsələdən xəbər tutan yaradıcı heyət aktyorun işinə xitam verib. Onun yerinə isə Hamdi Alkan gətirilib.

Gununsesi.info












