Tanınmış aktyor vəfat etdi

Keçmiş SSRİ-nin tanınmış aktyoru Arnis Lisitis dünyasını dəyişib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, latviyalı aktyor 76 yaşında vəfat edib.

HTML tutorial

Qeyd edək ki, Arnis Lisitis 1946-cı il yanvarın 6-da Latviyanın Riqa şəhərində dünyaya gəlib. Onun atası Alfred Videnieks və anası Helqa Lisitin də aktyor olublar.

Arnis Lisitis kinoda debütünü 1965-ci ildə edib. O, “Miraj”, “İtirilmiş Sibir”, “Günahkar saymaq” və İkinci Dünya müharibəsinə aid filmlərdə aparıcı rollara çəkilib, keçmiş sovetlərin mərkəzi televiziyasının “Ağ tutuquşu” yumoristik televerilişində iştirak edib.

Gununsesi.info