Tanınmış aparıcı ATV-dən ayrıldı

  • By admin
  • 15 Oktyabr 2022 18:22

“ATV Xəbər” proqramının aparıcısı Pərvin Əsgərli “Azad Azərbaycan Teleradio Yayım Şirkəti” (ATV) ilə yollarını ayırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat yayıb.

“Daha bir yolun sonuna gəldik. ATV ilə yollarımı ayırdım. Hər kəsə uğurlar. Bu gün axşam “ATV xəbər” studiyasından sizə axırıncı dəfə salamlayacağam. Ən qısa zamanda yenidən görüşəcəyik dostlar”, – o bildirib.

Gununsesi.info