Tanınmış aparıcı gizli sevgilisi ilə ilk dəfə görüntüləndi – foto

  • By admin
  • 09 Fevral 2018 21:32

 

Futbolçu Caner Erkinin keçmiş arvadı Asena Atalay yeni sevgilisi ilə görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgililər ötən gecə restoranlardan birindən bərabər çıxarkən kameralara tuş gəliblər.

Üzünü gizlətməyə çalışan naməlum şəxs “Çəkməyin” desə də, Asena gülərək “Gizlənməyə ehtiyac yoxdur. Olan oldu artıq” cümlələrini işlədib.

Dərhal avtomobilə minən cütlük ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Canerdən ayrıldıqdan sonra adı bir çox şəxslərlə hallanan Atalay sonuncu dəfə müğənni Tan ilə birlikdə idi.

 

Gununsesi.info