Tanınmış aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu– VİDEO

Tanınmış aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabındakı videosu ilə diqqət çəkib.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, buna səbəb onun avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub.

Belə ki, Lalə Əlimuxtarova qızını ön oturacaqda əyləşdirib. Nə özünün, nə də qızının təhlükəsizlik kəmərlərini bağlayıb. Musiqi dinləyən aparıcı özünü və qızını videoya çəkib. Gözünü tez-tez yoldan yayındırıb kameraya baxan aparıcının bu hərəkəti sosial mediada birmənalı qarşılanmayıb.

İzləyicilər aparıcını qızının həyatını təhlükəyə atmaqda günahlandırıb.

Sözügedən videonu təqdim edirik:

Gununsesi.info

COMMENTS