Tanınmış aparıcıdan ərəblərin qanunsuz ovuna sərt REAKSİYA – FOTO

  • By admin
  • 26 Mart 2021 12:15

Aparıcı Hüsniyə Məhərrəmova ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində qanunsuz ov etməsi məsələsinə münasibət bildirib. 

“Instagram” hesabında qanunsuz ov edənləri və buna şərait yaradan şəxsləri sərt tənqid edən H.Məhərrəmova TƏBİB-ə də karantin qaydalarının pozulması ilə əlaqədar suallar ünvanlayıb.

Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında ov mövsümü bitəndən sonra nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, bu quşların populyasiyasının sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin ovlanması iddia edilir.

Gununsesi.info