
Azərbaycanda daha bir tanınmış şəxs deputat olmaq eşqinə düşüb.
Bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün sosial şəbəkələrdə kampaniya başladılıb. İstifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər.
Gununsesi.org xəbər verir ki, bu dəfə deputat olmaq istəyən teleaparıcı Aytən Səfərova olub. O, sosial şəbəkədə paylaşım edərək izləyicilərinə “Aytən Səfərova millət vəkili olsa… İnanırsınızmı? Ola bilərmi?” sualını ünvanlayıb.
O, izləyicisindən gələn “Ay balam, Aytən xanım həkimdir, öz peşəsi ilə məşğul olsun, məhz bu psixologiyada olduğumuz üçün bizim parlament adekvat olmadı, Zeynəb də dünya şöhrətli idi, amma nə olsun… Parlamentdə sırf qanunları bilən və siyasi iradəsi olan insanlar olmalıdır!” rəyinə də cavab verib. Xanım aparıcı ikinci təhsilinin olduğunu bildirib: “Mənim ikinci ali təhsilim – BDU Beynəlxalq hüquqdur”.
İzləyicilərinin çoxu aparıcının bu addımını dəstəkləyib.