

Tanınmış azərbaycanlı bəstəkar evləndi.
Gununsesiinfo xəbər verir ki, tanınmış azərbaycanlı bəstəkar İlyas Mirzəyevin toy mərasimi sentyabrın 2-də Novxanıdakı Amore restoranında baş tutub. Onun gələcək həyat yoldaşı icə əczaçı Leyla Orucavadır. Nəsillikcə bəstəkarlar nəslindən olan İlyas Mirzəyev, özü Azərbaycanın xalq artisti Musa Mirzəyevin oğludur.
Onun yaradıcılıq həyatı daha çox Türkiyə ilə bağlıdır. Çünki İlyas bəy 20 ildən artıq Türkiyədə yaşayıb. Bundan əlavə olaraq İlyas bəy mütəmadi olaraq xarici ölkələrə, Almaniya, İngiltərə səfər edir və həmən ölkələrdə müxtəlif xalqların musiqilərini oranjiman edir, musiqilər bəstələyir.
Tanınmış bəstəkarın toyunu Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupu aparıb. Gununsesi.info-nun kollektivi də İlyas bəyə xoşbəxtlik arzulayır.
Gununsesi.info