Tanınmış bəstəkar Mübariz Mənsimovun qonağı olub

Azərbaycanın tanınmış bəstəkarı, Cavanşir Quliyev Türkiyədə yaşayan Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qonağı olub.

Gununsesi.info bildirir ki, bu barədə Mənsimov bəstəkar ilə birlikdə fotosunu şəxsi istagram səhifəsində paylaşaraq qeyd yazıb. Həmin qeydi təqdim edirik.

“Vətənim Azərbaycanın ən hörmət etdiyim ziyalılarından biri, əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin professoru, tanınmış bəstəkar Cavanşir Quliyev qonağım oldu. Cavanşir müəllim pis günün dostudur. Əsl dost çətin gündə sınanar, deyiblər böyüklərimiz. Mən həbsdəykən azad olunmağım üçün dəstək verən insanlardan biri idi Cavanşir müəllim. Qismət bu bu günə imiş. Görüşdük, söhbətləşdik. Ona təşəkkür və şükranlarımı bildirdim. Cavanşir Quliyev Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil edən, ölkəmizin adını ucaldan ziyalılardandır. Belə insanları görəndə çox sevinirəm və hər bir ziyalımızla fəxr edirəm. Bu cür şəxsiyyətlərimiz nə qədər çox olsa, karımızadır. Tanrı uzun və sağlam ömür versin!”

 

Gununsesi.info