Fransanın “Nansi” futbol komandasının qapıçısı Baptiste Valette həbs edilib.
Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, məlumata görə, o, 18 yaşlı qızın zorlanmasında şübhəli bilinərək jandarmeriya tərəfindən həbs olunub.
Agentliyi məlumatlandıran mənbə bildirib ki, 2001-ci il təvəllüdlü qız istintaq orqanlarına gecə klublarından birində zorakılıqla üzləşməsi ilə bağlı müraciət edib. Hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib.
Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib.