Opera ifaçısı Ülvi Qılınc sərt ittihamlar irəli sürərək Azərbaycanda şou biznesin olmadığını bildirib.
Bunun Gununsesi.info-ya açıqlamasında müğənni Ülvi Qılınc qeyd edib: “Azərbaycanda umumiyyətlə sənətlə məşğul olan insan yoxdur. Bizdə şou-biznes adlı heçnə yoxdur. Şou-biznesin nə şousu var nə də biznesi. İndiki müğənnilərin əksəriyyəti 50 manata çıxıb stol üstündə oynayır pul qazanır. Heç bir müğənninin konsertində biletlər tamaşaçılar tərəfindən alınmır. Yalnız Üzeyir Mehtizadənin konsertində bütün biletlər tamaşaçılar tərəfindən alınır. Hamısı özünü reklam edir.”
Gununsesi.info