Tanınmış geofizika eksperti Mai: “Bu zəlzələ çox qeyri-adidir”

  • By admin
  • 08 Fevral 2023 15:09

İngiltərənin tanınmı professoru, geofizika ustası Paul Martin Mai Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşanan dəhşətli zəlzələ ilə bağlı düşüncələrini paylaşıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, professor Paul Martin bu olayın qlobal ölçüdə çox qeyri-adi bir durum olduğunu söyləyib.

Kral Abdullah Elm və Texnologiya Universitetinin Yer Elmi və Mühəndisliyi fakültəsinin professoru “Anadolu Agentliyinə” açıqlamasında  ikinci zəlzələnin birinci zəlzələnin təkanı olmadığını və 7.6 bal gücündə başqa bir zəlzələ olduğunu bildirib.

Mai bu zəlzələlərin elmi baxımdan qeyri-adi bir hal olduğunu vurğulayıb.

Professor zəlzələnin fay xətlərini fəaliyyətə keçirdiyini və yer quruluşunu aktivləşdirdiyini, bunun isə pis bir təsadüf olduğunu dilə gətirib.

“İkinci zəlzələ birinci zəlzələdən 100 km. uzaqda yaşandı. Bu üzdən, bunu onun təkanı deyil, ikinci bir zəlzələ olaraq söyləyirik. Bu zəlzələlər də, ayrıca, öz təkanlarını yaradacaq”, – dəyərləndirməsini edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info