
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəkər Məmmədova ağır cərrahi əməliyyat keçirib.
Gununsesi.info-nun xəbərinə görə, 62 yaşlı Ş.Məmmədovanın böyrəyi çıxarılıb. Hakimin hazırda xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, Ş.Məmmədova 1954-cü ildə anadan olub. 1978ıci ildə
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.1980 – 1981-ci ildə Qubadlı rayon Aqrar İstehsalat birliyində hüquq məsləhətçisi işləyib. 1982 – 1990-cı illərdə Qubadlı rayon Məhkəməsinin hakimi, 1990 – 2000 Füzuli rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Saatlı rayon Məhkəməsinin hakimi, 2007 – 2011-ci Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011 –indən indiyədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır.
Gülnaz Qənbərli
Gununsesi.info