VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017

21 Sentyabr 2017 - 18:33

Tanınmış hüquq müdafiəçisi Allahşükür Paşazadədən yazdı- O, hakimiyyət daxili qruplaşmalardan daha yuxarıda dura bilir

seyxxxx

Tanınmış hüquq müdafiəçisi Əvəz Həsənov QMİ sədri Hacı Allahşükür Paşazadə ilə bağlı öz fikirlərini yazıb. Gununsesi.info hüquq müdafiəçisinin facebook qeydlərini təqdim edir: 

 

Hacı Allahşükür Paşazadə Azərbaycan müsəlmanları üçün vacib fiqur olmaq ilə yanaşı, regional problemlərin həll olunmasına cəhd edilməsində az rol oynamır. Təkcə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində keçirdiyi görüşlər kifayət edər ki, onun cəmiyyətdə öz xəttinin, təsir imkanlarının olması barədə mülahizə yürüdəsən.

Onun tutduğu vəzifədə olması hökumətə sərf edir. O sünni və şiə müsəlmanlar arasında özünün təsirini saxlaya bilir. Hökumət dini problem olmasını istəmədiyindən onunla iş birliyinə üstünlük verir. Stabil dini münasibətlərin olduğu Azərbaycanda fərqli dini qrupları bir yerə toplaya biləcək güclü fiqur olduğundan Paşazadə ilə iş birliyi önəmli sayılır. Hətta dini işlər üzrə dövlət komitəsi belə Paşazadə kimi Azərbaycanda olan başqa dinlərin nümayəndələrinə təsir imkanına malik deyil.

Paşazadə özünün statusuna görə hakimiyyət daxili qruplaşmalardan daha yuxarıda dura bilir.
Onun yerinə qeyri sabit adamın olması Azərbaycanda dini ayrılmaları qabardan qüvvələrə xeyirdir. Bu, Rusiyaya və Qərbdə və onun tərəfdarlarında Azərbaycanla haqq- hesab çəkənlərə sərf edir. Hakimiyyət daxilində mövcud olan qruplaşmaların kompramat oyununun növbəsinin ona çatması xəbər verir ki, dini faktorun hakimiyyət davasında bir təhdid kimi istifadə olunması üçün güclü dini liderə ehtiyac yoxdur. Paşazadənin güclü siyasi təsirləri və məmur ordusunun olduğunu demək mümkün deyil. Ona görə də bəzən onu siyasi mübarizədə zəif bəndə çevirmək olar. Ən yaxın adamı sayılan qudası belə problemlər ilə üzləşir. Deməli, o qruplaşmalarda az iştirak edir.

Başqa ölkələrdə dini liderlər ömürlük olduğundan onların qruplaşmalarda iştirak etməyə maraqları olmur. Azərbaycanda da faktiki olaraq Şeyxülislam vəzifəsi ömürlük vəzifədir. Təbii ki, Qafqazın bəzi dini idarələri alternativlər haqqında uzun müddətdir ki, düşünürlər. Buna baxmayaraq, onların Paşazadəni əvəzləyə biləcək əsasları olmadığından vəziyyət Şeyxülislamın xeyrinə həll olunur. Bu həm də Azərbaycanının digər dini qruplar ilə əməkdaşlığı üçün imkan yaradır.

P.S.

Bu vəziyyəti başa düşmək üçün şəxsi mülahizələrdir. Polemikadan məmnun olardım.

evez

Əvəz Həsənov 




loading...
Loading...