Tanınmış hüquqşünas: "Patrick Hickeyə verilmiş "Şərəf" ordeni geri alınsın"

  • By admin
  • 18 Avqust 2016 10:49

namized_seferov

“Mən tələb edirəm ki,keçən il Bakıda Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickeyə verilmiş “Şərəf” ordeni dövlət tərəfindən rəsmi olaraq ondan geri tələb edilsin”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Namizəd Səfərov öz “Facebook” statusunda yazıb. O, yazıb ki, bu qoca cinayətkar Braziliyada keçirilən Olimpiya oyunları zamanı dələduzluqla məşğul olduğu üçün artıq həbsə alınıb.

“Dövlətimiz şəhidlərin qan pulunu ödəməyə vəsait tapmadığı halda 100 min dollar qiyməti olan Azərbaycan ordeni niyə dələduz bir şərəfsizin sinəsini bəzəməlidir!”-deyə, N. Səfərov daha sonra yazıb.

Gununsesi.info