Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev görə polisə çağrıldı

  • By admin
  • 22 İyun 2020 17:23

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Gununsesi.org xəbər verir ki vəkili Aqıl Layıc Feysbukda bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

Gununsesi.org