Tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib

  • By admin
  • 01 Yanvar 2022 21:36

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun dostu Tahir Tahiroviç feysbukdakı hesabında bildirib.

Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

R.Abutalıbov bu gün Moskvada dünyasını dəyişib.

Gununsesi.info