Tanınmış idmançı dələduzluq ittihamı ilə həbs olundu - FOTO

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 10:45

Naxçıvanda tanınmış atlet Əmrah Nağıyev dələduzluqda təqsirli bilinərək həbs olunub.

Gununsesi.info  Report-a istinadla xəbər verir ki, o, bir neçə şəxsə övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edib. Ümumən 10 min manata yaxın pul vəsaiti alınıb.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

   Tanınmış atlet dələduzluğa görə həbs olundu

Gununsesi.info