Tanınmış ilahiyyatçı BIÇAQLANDI

  • By admin
  • 15 Mart 2021 18:01

İlahiyyatçı Hacı Zahir Mirzəvi bıçaqlanıb.

 Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Hacı Zahir Mirzəvi kimi tanınan Mirzəli Hacızahir Gülbala oğlu dostları ilə birgə Nərimanov rayonu ərazisində olarkən tanımadığı şəxs tərəfindən bıçaqla vurulub.

 Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb.

 Faktla bağlı Nərimanov rayonu 16-cı polis bölməsində araşdırma aparılır.

Gununsesi.info