Tanınmış iqtisadçı Bakı-Qəbələ qatarına biletin qiymətindən yazdı

Bakı-Qəbələ-Bakı qatarı işə düşür, 3 saat 40 dəqiqəyə Bakıdan Qəbələyə çatacaq, bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN olacaq.

Deməli gediş-dönüş üçün ən ucuz bilet 28 manat, ən baha bilet isə 186 manat olacaq.
Bakıdan Qəbələyə maşınla, maksimum, 2 saat 30 dəqiqəyə çatmaq olar.

HTML tutorial

Tutalım, 4 nəfərlik ailə Qəbələyə gedib-dönmək istəyir, bunun üçün ən ucuz bilet alsalar 112 manat ödəməli olacaqlar. Əgər maşınla gedib-dönsələr, təqribən 50 manat benzinə pul, yola isə bir tərəfə 2,5 saat sərf edəcəklər – yəni, həm ucuz, həm də tez gedib-gələ bilərlər.
Yaxşı, belə rentabelsiz marşrutlar üzrə (ölkədə rentabelli marşrutlar yaratmaq olar və lazımdı) qatar sevdasını nədən yaranır, deyim də: Bizim qalstuklu müəllimlər belə lahiyənin özündən qazanırlar, işləməsindən yox, yəni, o yolu çəkəndə, vaqon, qatar alanda, yolu təmir edəndə qazanc olur, yol işləyəndən sonra büdcədən hələ dotasiya da almaq olur – bax belə “biznes modellə” idarə olunan sistemimiz var…

Natiq Cəfərli