Tanınmış iqtisadçı: “Çörək ətrafında baş verənlər - Şoudan başqa birşey deyil"

  • By admin
  • 30 İyul 2016 11:00

nazim

 

Çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil.

Bu fikri Gununsesi.info-ya açqılamasında sabiq millət vəkili, iqtisadçı alim Nazim Məmmədov deyib.

Onun fikrincə, çörəyin qiymətinin inzibati yollarla tənzimlənməsi çox yanlış siyasətdir: “Bu monopoliya şəraitində olan iqtisadiyyatımızda əsl monopolistlərə gücü çatmayan İqtisadiyyat nazirliyinin ucuz PR kompaniyasından başqa bir şey deyil”. Sabiq millət vəkili əlavə edib ki, onların da, ancaq gücləri kiçik çörəkbişirmə sexlərinə və marketlərə çatır. “Hökumət rəqabət mühiti formalaşdırmalı, iqtisadi fəaliyyəti stimullaşdırmalı, sahibkarların ucuz resurslara çıxışını asanlaşdırmalıdır. Mən əminəm ki, əgər bunlar baş vermiş olsa, liberal bazar təşəkkül tapsa, çörəyin qiyməti indikindən də ucuz olar və bu məsələnin ətrafında bu qədər ajiotaj yaranmaz”- deyə, iqtisadçı alim vurğulayıb.

Qiymət artmıım yaradacağı təsirlərə toxunan N. Məmmədov deyib ki, siz balaca bir hesablama aparın, 4 nəfərdən ibarət olan bir ailə gündə hətta iki buxanka çörək istehlak edirsə, bu onun büdcəsinə ayda əlavə 6 manat yük olacaq, ancaq vətqndaş elektrik enerjisinə 1 qəpik əlavə və ya suya 50% əlavə, və ya nəqliyyata 30-50% əlavə tariflə ödəyəcəksə onun xərcini hesablayın: “Niyə bu qiymət artımlarına Tarif Şurasına rəhbərlik edən İqtisadiyyat naziri səsini çıxarmır, ancaq özəl sektor olan çörəkbişirmə və satışı guya “tənzimləməyə” qalxaraq telekanallarda və digər KİV orqanlarnda çoxsaylı reportajlar verdirir. Demək ki, çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil”- deyə, sabiq millət vəkili qeyd edib.

Mürtəza

Gununsesi.info