Tanınmış iqtisadçıdan azad olunmuş rayonlarla bağlı cəlbedici təklif - Şəhərlərin birini Cənubi Qafqazın “Las-Veqasına”,digərini isə bölgənin “Disneyland”-nə çevirmək lazımdır

  • By admin
  • 27 Noyabr 2022 17:56

“Azərbaycanda işğaldan azad edilən şəhərlərə köçü stimullaşdırmaq, orada iqtisadi fürsətlərin artmasına nail olmaq və özəl kapitalı, investorları cəlb etmək üçün qeyri-standart qərarların alınmasına ehtiyac var. İşğaldan azad edilən şəhərlərin birini Cənubi Qafqazın “Las-Veqasına”, başqa birini isə bölgənin “Disneyland”-nə çevirmək lazımdır”.
Gununsesi.info bildirir ki, bu sözləri REAL partiyasının rəsmisi, iqtisadçı Natiq Cəfərli təklif edib.
Onun sözlərinə görə,  Füzuli və Zəngilan Hava Limanları bu işdə çox önəmli rol oynaya bilər. Həmin aeroportuları məntiqlə, ağılla idarəetməyə nail olsaq ora “low-cost” hava şirkətlərini cəlb olunsa bu ideyanın həyata keçirilməsinə çox kömək olar: “İki ayrıca əyləncə şəhərinin yaranması ora əhalinin könüllü köçməsinə də şərait yaradacaq. Bundan başqa İranın, Türkiyənın, gələcəkdə isə Ermənistanın həmin şəhərlərə avtomobil və yerüstü nəqliyyatla cəmi bir neçə saatlıq məsafədə yerləşməsi isə həmin ölkələrdən milyonlarla turist axınını təmin edə bilər”.
N.Cəfərlinin fikrincə, hökumətin indiki yanaşması ilə işğaldan azad edilmiş torpaqların iqtisadi və sosial inteqrasiyası mümkünsüzdür: “2021-2022-ci illərdə həmin bölgələrə büdcədən 5,2 mlrd. manat vəsait ayrılıb, 2023-cü ildə də 3 mlrd. manat ayrılacaq – yəni, gələn ili də saysaq artıq 8,2 mlrd. manat ayrılıb, amma o bölgələrə hələ heç 800 insan da köçməyib. Deməli tək büdcə hesabına həmin torpaqların bərpası və insanları ora köçməsi mümkün deyil, ona görə də iqtisadi fürsətlərin yaradılması, cəlbediciliyin artması üçün qeyri-standart qərarların alınması vacibdir”.
“Gürcüstanda mərc oyunları və kazinolar 2000-ci illərin əvvəlindən qanuniləşdi. Son məlumatlara görə 2020-2021-ci illərdə (hələ pandemiya illəri olduğunu da nəzərə alaq) Gürcüstanda mərc oyunları və kazinoların (online və offline) dövriyyəsi 32 mlrd. ları (təqribən 10 mlrd. dollar) olub. Bu sahədə 10 min Gürcüstan vətəndaşı daimi və yüksək maaşlı işlə təmin olunub, büdcəyə sırf birbaşa (dolayı daxilolmalar da var, məsələn, maaşlardan, bu sahəyə qulluq edən digər sahələrdən) vergi kimi 175 mln. dollara yaxın vəsait daxil olub. İki gün öncə Ermənistanda da İrəvan şəhərində kazinoların açılmasına icazə verilməsi ilə bağlı qanun layihəsi parlamentə daxil olub”-deyə ekspert təklifini əsaslandırmaq üçün bildirib.
N.Cəfərli deyib ki, ikinci Qarabağ Savaşından sonra işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına qazandırmaq, sosial problemləri həll etmək, ölkə ərazisində əhalinin yaşam coğrafiyasını diversifikasiya etmək üçün unikal şans yaranıb: “İşğaldan azad edilən bölgələrimizdə yaxın 10-15 ildə 1 mln.-dan çox vətəndaşımızın yaşaması üçün şəraitin yaradılması həm də

“Hökumət anlamalıdır ki, işğaldan azad edilən bölgələin məskunlaşdırılması indiki yanaşma, reklam üçün tikilən “ağıllı kəndlərlə” və tək büdcə hesabına mümkün olmayacaq. Özəl, əsas da xarici kapitalı ora cəlb etmək üçün isə mütləq idarəetmə sistemi və məhkəmə islahatları da olmalıdır. Mərc və azart oyunları insanlıq tarixi yaranandan mövcud olub, qadağalarla bunun qarşısını almaq mümkün deyil, ağıllı hökumətlər həmişə qadağan edə bilmədiyini məntiqlə idarə etməyə çalışıb”-deyə N.Cəfərli vurğulayıb.

HTML tutorial