
Türkiyədə zəlzələ qurbanları ilə bağlı yardım kampaniyasında məşhur iş adamı Mehmet Cengiz 3 milyard TL ianə edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu gün isə prezidentin imzası ilə dövlətdən 3 milyard 10 milyon TL təşviq alıb.
“Cengiz Holding” Türkiyə müxalifətinin “beşli çete” adlandırdığı, dövlət tenderlərlərini davamlı qazanan, vaxtaşırı yüz milyonlarla vergiləri hökumət tərəfindən silinən 5 iri holdinqdən biridir. M.Cengiz məşhur 17/25 dekabr 2013 olayları zamanı yayılan səs yazılarında millətin ünvanına işlətdiyi ifadə ilə uzun illərdir ki, gündəmdədir.
Tərcümə: Arzu