Tanınmış jurnalist Mübariz Mənsimovun himayə etdiyi məktəbdən reportaj hazırladı

  • By admin
  • 08 Dekabr 2022 12:49

Hazırda Türkiyədəki “Palmali Group”un mətbuat katibi olan tanınmış jurnalist Fidan Quliyeva iş adamı Mübariz Mənsimovun İstanbulda himayəyə götürdüyü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəbdən xüsusi reportaj hazırlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Fidan Quliyeva sosial şəbəkə hesabında təqdim etdiyi reportaj haqqında bunları yazıb:

“Hər dəfə ora gedəndə çox təsirlənirəm.  Bu dəfə də eyni hisslər, eyni düşüncələr.Hə yata oxumaqla tutunmağa çalışan, öz xəyalları olan 17 yaşlı Tamara. Bu reportaja baxanda düşünməyinizi istəyirəm və  2-ci sinifə gedən 18 yaşlı Tamaraları, Əhmədləri, Fidanları gözünüzün qarşısına gətirmənizi istəyirəm. Diqqətlə baxın və gəlin nəticə çıxaraq”.

 

 

Mais
Gununsesi.info