
Türkiyənin tanınmış jurnalisti, “Habertürk” televiziyasının aparıcısı Fatih Altaylı Türkiyədəki seçkilərin ertələnə biləcəyini yazıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, jurnalist siyasi seçkilərin ən azı, 6 ay və ya 1 il sonraya təxirə salınacağını deyir. Altaylı düşüncələrini bu cür izah edib:
“Yüksək Seçki Qurumunda 4 şəhərdə tamamən, 6 şəhərdə isə qismən seçki prosesinin yürüdülməsinin feilən imkansız hala gəldiyini bildirəcək və bu seçkilərin ertələnməsini istəyəcək. Beləliklə, seçkilər ən azı, 6 ay və ehtimal ki, 1 il ertələnəcək”
Jurnalist bildirib ki, iqtidar tərəfi seçkilərin ertələnməsini ciddi-ciddi ələ alır.
Tərcümə: Arzu Sayadoğlu