Tanınmış jurnalist üsyan etdi - ÇÖKDÜM ARTIQ...

  • By admin
  • 04 İyun 2023 22:01

Tanınmış jurnalist Razi Abbasbəyli sosial şəbəkədə sensasion açıqlama yayıb.

Gununsesi.info bildirir ki, dəfələrlə oğurluq cinayətinə məruz qalan jurnalist polisi bu cinayətləri açmamaq ittiham edib.
Onun qeydlərini təqdim edirik:

Bu mənə qarşı törədilmiş 3 cü cinayətldir.
1. Mənzilimdən ailəmə məxsus bütün qızıllar oğurlandı. Oğruların video görüntüsünü də təqdim etdim polislərə. Tapılmadı. Tələbəlik illərimdən, zülmlə, qəpik qırışla pul toplayıb aldığım nişan üzüyümuzə qədər, övladıma ad günü hədiyyəsi olaraq 1-2 qramlıq qolbağa qədər hər şey oğurlandı. Tapılmadı o oğrular.
2. Evimizdə son guvəncəmiz olan bir iki üzük, sırğa var idi. Kirayə pulunu verə bilmirdim. Aparıb Lombarda qoydum. Lombard sahibi bir gecədə yoxa çıxdı. Tahirə Alas. 34 dəfə müraciət etdim. Nərimanov polis idarəsindən əvvəlcə dedilər axtarırıq. Sonra dedilər İnterpolla beynəlxalq axtarışa vermişik. Sonra İnterpol Azərbaycanın rəsmi səhifəsində Tahirə Alas adlı o fırıldaqçı qadın adını tapa bilmədim. O cinayətdə açılmadı.
3. 1 il əvvəl zülmlə 1 kamaz mişar daşı almışdım, bir quru torpağım var idi. Düşünürdüm bir daxmam olar. 03.06.2023 tarixində körpə övladımı da götürüb getdim. Sevinirdik, xəyal qururlduq. Tətildir, uşaqların təhsil xərcləri azalıb. Getdim və gördüm mişar daşlarını oğurlayıblar. Çökdüm artıq! Rəsmən sabah üçün bir guvəncəm də yox… Bir quru canım var. Bəs edər onu da cismimə yük etdim… Yetdi artıq..

Gununsesi.info