Tanınmış jurnalistdən Sərhəd Xidmətinə ittiham - SƏRHƏDDƏ PEŞƏKAR ORDU DAYANMALIDIR

  • By admin
  • 05 Mart 2020 23:34
Tanınmış jurnalist Elçin Rüstəmli Dövlət Sərhəd Xidmətini özünün sosial şəbəkə hesabında ittiham edib.
Gununsesiaz.info-nun xəbərinə görə, buna səbəb son zamanlar sərhəddə hərbçilərimizin həlak olması olub.
Həmin qeydləri təqdim edirik:
“Dövlət Sərhəd Xidməti Qazaxda Ermənistanla təmas xəttinə nəzarəti Müdafiə Nazirliyindən aldıqdan bəri 10-a qədər hərbi qulluqçu itirib. Müharibə vəziyyətində sərhəddə peşəkar ordu dayanmalıdır. Sülh vəziyyətində isə sərhədçilərə vermək lazımdır. Bu gün də DSX -nın bir əsgəri şəhid olub, fevraldan bəri bu 6-cı itkidir, belə olmaz.”
Nəcəf
Gununsesiaz.info