
Bir neçə saat öncə tanınmış jurnalist, İctimai Televiziyanın əməkdaşı Bəxtiyar Səlimovun atası Zülfüqar Səlimov dünyasını dəyişib.
Mərhumun yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, Zülfüqar Səlimovun 68 yaşı var imiş.
Ötən il o, infartk keçiribmiş. Bütün ömrünü təhsil sahəsinə sərf edən Zülfüqar Səlimov bu gün Binəqədi qəbiristanlığnda dəfn olunacaq.
Gununsesi.info-nun kollektivi mərhumun yaxınlarına, həmkarları Bəxtiyar Səlimova dərin hüzünlə başsağlığı verir.
Allah rəhmət eləsin!