Tanınmış jurnalistlər də Nurayın olayına reaksiya verdilər - FOTOLAR

  • By admin
  • 07 Yanvar 2017 11:50

nuray-bala

10 yaşlı Nurayın başına gələn məlum olay media mənsublarını da ayağa qaldırıb. Onlar da bu olaya səssiz qalmayıblar.

Gununsesi.info xəbər verir ki, məsələyə ilk və sərt reaksiya verənlərdən biri  Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev olub:

nesimi

“Ha dedim yazmayım, alınmadı. Əvvəla sənin ata boyunu yerə soxum! Səbəb nə olursa olsun, bu davranış yolverilməzdir.Ola bilər məhkəmə qərarı  var, icraçılar da vəzifə borclarını yerinə yetirilər. Amma bu balaca Nuraya bu cür rəftara əsas vermir. Əsas günahkar yenə ata adlanan o məxluqdur. Ay özünə ata deyən məxluq! Qızını istəyirsən, lap yaxşı. Bu sənin hüququndur. Ancaq belə yox də. Görürsən səni istəmir. Öncə qızının sevgisini qazan, qızını qazan, sonra hara istəyirsən apar, necə istəyirsən davran. Təbii ki, qanunlar çərçivəsində. Bir uşağın yeri, əlbəttə, atasının, anasının yanıdır. Ancaq bu formada yox. Uşaq biolojik olaraq sənin ola bilər. Amma bu uşaq həm də bu dövlətindir və onu qanunlar qoruyur. Ona istədiyin kimi rəftar edə bilməzsən. Bu hərəkətdən sonra onun sevgisini qazanmaq daha da çətin olacaq. İnşalah balaca Nuray üçün ən yaxşısı olsun”.

Digər tanınmış jurnalist, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da 10 yaşlı Nurayla bağlı özünün mövqeyini sosial şəbəkədə belə qeyd edib:

“Qubada baş vermiş hadisənin arxa planını bilmirik. Orda hüquq kimin tərəfindədi, proseslər məişət zəminində necə inkişaf edib gəlib bu həddə çatıb, bizim bunlarla bağlı hələlik heç bir məlumatımız və qənaətimiz yoxdu. Amma bütün bunların dəyişdirməyəcəyi bircə fakt var. O uşaqla o otaqda elə davranmaq olmaz! Gözünüzü yumun. Və təsəvvür edin ki, Sizə sarılmış körpənizi, uşağınızı, nəvənizi zorla Sizdən qoparırlar və o da fəryad edir. Mümkün deyil, eləmi? Hə. Bax, bütün reaksiyalar buna uyğun olmalıdı. Çünki dünyada uşaq fəryadına haqq qazandıran, qanun, hüquq sistemi, ədalət ola bilməz! Yoxdu!”.

vusala

Gülnaz Qənbərli

Gununsesi.info