Bir qrup jurnalist və media eksperti Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.
Gununsesi.info bildirir ki, müraciət müəllifləri DİN rəhbərindən “Toplum TV” işi üzrə istintaq çərçivəsində həbs edilmiş Ələsgər Məmmədlinin azad edilməsini xahiş edib.
Jurnalistlər Ə.Məmmədlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini vurğulayaraq onunla bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsini xahiş ediblər.
Müraciəti “Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media eksperti, BDU-nun professoru Qulu Meherremli Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev imzalayıblar.
Gununsesi.info