Tanınmış məhkəmə hakimi təqaüdə göndərilir

  • By admin
  • 09 Mart 2022 17:21

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev 65 yaşı tamam olması ilə bağlı təqaüdə göndərilir.

APA-nın əldə etdiyi xəbərə görə, fevralın 11-dən etibarən Ə.Hacıyevin icraatına yeni iş verilmir. O, icraatında olan son cinayət işləri üzrə məhkəmə proseslərini yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətini başa vuracaq.

Qeyd edək ki, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərən Əfqan Hacıyev ölkə gündəmində müzakirə olunan bir çox cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.

Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun və gündəmdə müzakirə olunan bir neçə məhkəmə proseslərinə sədrlik edib.

Əfqan Hacıyevin icraatında olan sonuncu işlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işidir.

Gununsesi.info