Tanınmış memar vəfat edib

  • By admin
  • 12 Avqust 2016 18:09

memar

Azərbaycanın tanınmış memarı Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Gununsesi.info-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

F.Məmmədov 6 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb. F.Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.

Allah rəhmət eləsin!

Gununsesi.info