Tanınmış meyxanaçı yol qəzasına uğradı

  • By admin
  • 07 İyun 2016 08:47

Rashad Daghli

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb

 

Səhər saatlarında Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, “Prado” markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(APA)