Tanınmış model-aparıcını 5 ilədək həbs gözləyir VERGİDƏN YAYINDIĞI ÜÇÜN

  • By admin
  • 28 Mart 2018 10:17

Tanınmış model-aparıcı Çağla Şikelin 5 ilədək həbsi istənilir.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kimi modelin vergidən yayınması göstərilir. 2013-cü ildə saxta çek sənədlərindən istifadə edərək vergi ödəmələrində saxtakarlığa yol verən Çağladan İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib.

Şikel bir müddət əvvəl də 1 milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal D. hələ də axtarışdadır.

Gununsesi.info