Tanınmış modelin podiumda ölümü

  • By admin
  • 28 Aprel 2019 18:59

Braziliyalı model Tales Kotta San-Paulo şəhərində moda həftəsinin finalında podiumda dünyasını dəyişib.

Gununsesi.org  xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı model moda nümayişi zamanı qəfil yıxılan Kottanın əvvəlcə şou göstərdiyi zənn edilib. Lakin daha sonra ağzından köpük gələn modelin öldüyü başa düşülüb.

Təcili yardım əməkdaşları Talesi xəstəxanaya çatdırsalar da, artıq gec olub. Modelin ölüm səbəbi dəqiq bilinmir.