Əməkdar artist Firuzə İbadova Türkiyədə yaşayan azərbaycanlı iş adamı Palmali Şirkətlər Qrupunun sahibi, Mübariz Mənsimovun qonağı olub.
Gununsesi.info xəbər verir ki, bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edən Mənsimov, əməkdar artist hakkında yüksək fikirlər söyləyib:
“Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova qonağım olub. Firuzə xanım əsl kişi xasiyyətli insandır. Həbsdə olduğum müddətdə Firuzə xanım məni yalnız buraxmadı, dəstək olmaq üçün bilet alıb İstanbula gəldi. Saxlandığım həbsxananın qarşısında saxta ittihamlarla həbsimə etiraz səsini ucaltdı. Firuzə xanım mənimlə bağlı bütün məhkəmə proseslərində iştirak edib. Belə mərd, sədaqətli insandır, Firuzə xanım. Gözəl və mərd Azərbaycan xanımı”.
Şəbnəm
Gununsesi.info