
Tanınmış müğənni, “Avrovizion-2016” musiqi müsabiqəsinin qalibinin konserti boykot edildi. Konsertə tamaşaçı gəlmədiyindən tədbir ləğv edildi.
Gununsesi.info udf.by-ə istinadən xəbər verir ki, “Avrovizion-2016” mahnı müsabiqəsinin ukraynalı qalibi, tanınmış müğənni Camalənin Minskdəki “Prime Hall” konsert salonunda nəzərdə tutulan konserti baş tutmayıb.
Konsertin baş tutmamasının səbəbi isə bilet satışının pis təşkil olunması olub. “Prime Hall” konsert salonu 2500 nəfət tutsa da, Cəmalənin konsertinə təqribən, 100 bilet satılıb. Konsertin təşkilatçıları bildiriblər ki, biletin qiyməti elə də baha olmayıb. 53 Belarus rublu olub. Ona görə də konsertin təxirə salınmasında siyasi məqamlar axtarmaq lazım deyil.
Təşkilatçılar onu da bildirib ki, bu gözlənilməz olsa da, sensasiya deyil: “Çünki Cəmalə birinci müğənni deyil ki, onun konserti təxirə salınır. Məsələn, noyabrın 17-də Rusiyanın “Kasta” qrupunun adıçəkilən zalda konserti nəzərdə tutulurdu və həmin konsertə bilet daha ucuz – 40 rubl olub. Lakin tamaşaçı gəlmədiyindən konserti təxirə saldıq. Bu qrupun konsertinin başqa kiçik tutumlu zalda keçirmək qərara alınıb. Bundan əlavə, rusiyalı müğənni Olqa Buzovanın da konsertinə lazımı səviyyədə tamaşaçı gəlməyib”.
Gununsesi.info