Tanınmış rusiyalı aparıcı vəfat etdi

  • By admin
  • 20 Sentyabr 2020 19:45

Rusiyanın Əməkdar mədəniyyət işçisi Mixail Borisov 71 yaşında dünyasını dəyişib. Gununsesi.info bildirir ki, bu barədə Boris Şukin adına Teatr İnstitutunun saytında məlumat verilib.

Borisovun qohumları onun ölümü barədə məlumatları təsdiqləyiblər.

Vəziyyəti qəflətən teatr səhnəsində pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Teatr xadiminə ağciyərlərin iltihabı diaqnozu qoyulub.

Sovet və rus aktyoru, rejissor və teleaparıcı Mixail Borisov tamaşaçı yaddaşında daha çox 1994-cü ildən aparıcısı olduğu “Russkoye loto” ilə qalıb. “Russkoye loto”nun növbəti buraxılışlarını İrida Xusainova, İnna Voronina və Viktoriya Panina aparacaqlar.

Gununsesi.info