Tanınmış səfir Bakı restoranlarındakı bahalaşmadan gileyləndi - SONRA DA DEYİRİK Kİ, TURİST AZ GƏLİR

  • By admin
  • 28 Avqust 2022 16:12

 

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Bakı restoranlarındakı bahalıqdan şikayətlənib.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış diplomat bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Onun qeydlərini təqdim edirik:

Yüksək materiyanı bir tərəfə qoyaq.
Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyməlidirlər.
Varşavanın mərkəzində üç seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi yemək mümkündür. Üstəlik kofe, yaxud çay da verirlər.
Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək mümkündür. Düzdür, yanında iki mikroskopik ölçülü qurabiyə də verirlər.
Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…”

Gununsesi.info