Tanınmış şair Azərbaycanın himninin dəyişdirilməsini təklif etdi - VİDEO

Şair Şəhriyar del Gerani Azərbaycanın himninin dəyişdirilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Şair qeyd edib ki, Üzeyir Hacıbəyovun bəstələdiyi himnin “Ey Vətən” əsəri qalib Azərbaycan üçün dövlət himni olmağa daha uyğundur.

“İnciməyin, himnimiz çox minor. Adam oturub ağlamaq istəyir himnimizə. Halbuki, Üzeyir hoca major tərəfdarı. Şəxsən mən 200-dən çox ölkənin himninə qulaq asmışam. Küsməyin, bizim hazırkı himn çox ağlamalı. Amma Üzeyir bəyin “Ey Vətən”i əsl marş! Xahiş edirəm, bunu nəzərə alın. Biz himndən marşa keçməliyik. Başqa sözlə – Üzeyirdən yenə, yeni, eyni Üzeyirə! Çağdaş dünyada himn yoxdur, marş var”, – deyə o bildirib.

Qeyd edək ki, Şəhriyar de Geraninin bu təklifi social şəbəkədə kəskin müzakirələrə səbəb olub.

Gununsesi.info