Səid Dadaşbəyli azadlıqda - 13 İL YARIMDAN SONRA

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilərək, Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə bir Məhkəmənin hökmü ilə 14 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli azadlığa buraxılıb.

Gununsesi.org-un xəbərinə görə, beynəlxalq qurumlar tərəfindən siyasi məhbus kimi tanınan Səid Dadaşbəyli 13 il 6 ay həbsdən sonra azadlığa çıxa bilib.

 

Qeyd edək ki, S.Dadaşbəyli və daha 14 nəfər Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-cü maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirli bilinərək 12-14 il arası azadlıqdan məhrum edilmişdilər.

Gununsesi.org