Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.
Gununsesi.info-nun xəbərinə görə, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
Ailəsi onu paytaxtın “Liv Bona Dea Hospital”a yerləşdirib.
Yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
Şəbnəm
Gununsesi.info