Tanınmış vəkil “Atəşgah” sığortanı məhkəməyə verir - QANUNSUZLUQ

  • By admin
  • 27 Noyabr 2017 23:24

Tanınmış vəkil Bəhruz Bayramov “Atəşkəs” sığortaya qarşı məhkəmə iddiası qaldırır.

Gununsesi.az bildirir ki, bu barədə B.Bayramov özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.

Vəkilin qeydlərini təqdim edirik:

“Yaşadığımız cəmiyyətdə heç bir günü əsəbsiz, stressiz keçirtmək olmur. 25.11.2017 tarixində yaşadığım ünvanın yaxınlığında avtomobilimi vurmuşdular. Bunun nəticəsində mənə müəyyən miqdarda 750 AZN-ə kimi zərər dəymişdir. DYP-nın və sığorta şirkətinin nümayəndələri gəldikdən sonra baş vermiş hadisə rəsmiləşdirilmişdir. Bundan sonra sığorta şirkətinə müraciət etdik və sənədlər rəsmiləşdirdikdən sonra vurulan zərər qiymətləndirildi. Bildirdilər ki, avtomobilə vurulan zərər 310 azn məbləğindədir. Təsəvvür edin 440 azn özüm ödəmliyəm. Qarşı tərəfə bildirdim ki, “Toyoto” servisdə təmir etdirsəniz mən bununla razıyam. Sığorta şirkətinin nümayəndələri bildirdilər ki, icbari sığortada “Toyoto” servis də təmir etmək söhbəti yoxdur. Bu halda biz 2000 AZN ə qədər pul ödəməliyik. Normal cəmiyyətdə avtomobil həmin servisdə təmir olunmalı idi. Onda mən bu halda nə etməliyəm?
Müəyyən sənədlər toplayıb məhkəməyə müraciət etməliyəm. Bu halda yaşadığım həyatın bir hissəsini haqsızlığa qarşı mübarizəyə sərf etməliyəm. Nəzərinizə çatdırım ki,müraciət etdiyim “Atəşgah” sığorta şirkətidir”.

Gununsesi.az