Tanınmış vəkil Binəqədi məhkəməsi ilə bağlı Məhkəmə – Hüquq Şurasına müraciət etdi

  • By admin
  • 18 İyul 2023 09:55

Keçən günlərdə tanınmış hüquqşünas Əkrəm Həsənovun Binəqədi rayon məhkəməsinin mülki işlər üzrə zallarında iclasların videoyazısı aparıldığı halda cinayət işləri üzrə zallarında isə qanuna zidd olaraq heç audioyazı da aparılmadığını qeyd etdiyi xəbəri diqqətinizə çatdırmışdıq.

Hüquqşünas qeyd edirdi ki, 1 ilə yaxındır bunu texniki problem olaraq izah edirlər: “Necəsə olub ki, texniki problem məhz cinayət işlərinin aparıldığı zallarda yaranıb. Texnika da yəqin bilir ki, ən böyük haqsızlıq və korrupsiya məhz cinayət işlərində olur, ona görə də onları yazmaqdan utanır…”

İnam Kərimov üçün EV TAPŞIRIĞI...

Gununsesi.info xəbər verir ki, Əkrəm Həsənov təkcə mövqe açıqlaması ilə kifayətlənməyərək sözügedən qanun pozunutusuna qarşı qanuni mübariəzəyə də başlayıb. Bu barədə hüquqşünasın özü açıqlama ilə çıxış edib:

“Binəqədi rayon məhkəməsində cinayət işləri üzrə iclasların audioyazısının aparılmaması ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdim. Görək, bəlkə heç olmasa bu məsələdə məhkəmə-hüquq islahatları getdiyi təsdiqlənər…”

Qeyd edək ki, Əkrəm Həsənovun bu çabası eyni zamanda Məhkəmə-Hüquq Şurasın sədri İnam Kərimov üçün də xüsusi əhəmiyyət daşıyır… Bir növ ev tapşırığı olaraq…

(DİA.AZ)