Tanınmış vəkil “Real Cümhuriyyətçilər” ittifaqını tərk etdi

  • By admin
  • 17 Dekabr 2019 15:49

Tanınmış vəkil İradə Cavadova özünün sosial şəbəkə hesabında növbədənkənar parlament seçkiləri ilə bağlı status paylaşıb.

Gununsesi.org həmin statusu sizə təqdim edir: 

“Bildiyiniz kimi,15 dekabr 2019 cu il tarixində “Real Cümhuriyyətçilər” İttifaqının təşəbüsü ilə İttifaqa qoşulmuşam. Hazırda səfərdəyəm. Hesab edirəm ki, tərəfimdən səfər qabağı bir az tələsik bir qərar qəbul etmişəm. Tələsik qərarıma görə üzr istəyirəm.

Seçkilərdə tam müstəqil və bitərəf kimi iştirak edirəm, koalisiya şəklində aktiv iştirak edə bilməyəcəyimi nəzərə alaraq ittifaqdan çıxmağımı bəyan edirəm.

Ümid edirəm, bu qərarımla dostlara zərər vurmadım. Seçkilərdə hamıya uğurlar arzu edirəm”.

Vəkil qeyd edib ki, paytaxt Bakıya 23 dekabrda qayıdacaq. Hər hansı suallar yaranarsa, cavablandırmağa hazırdır. .