Tanınmış vəkil “reket jurnalisti” ifşa etdi - ƏLİ HƏSƏNOV HƏDƏFƏ VURUB

  • By admin
  • 18 İyun 2016 00:20

behruz

Tanınmış vəkil Bəhruz Bayramov özünün facebook səhifəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin himayə etdiyi “reket jurnalist” Habil Vəliyevlə bağlı fikirlərini açıqlayıb. Gununsesi.info vəkilin həmin fikirlərini təqdim edir:

HTML tutorial

Xatırlayıram ki, 17.09.2013-cü il tarixdə tanınmış jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli qondarma ittihamlarla həbs olundu. Ləğv olunmuş MTN-nin istintaq təcridxanasında Pərvizlə göruşəndə mənə bildirdi ki, həbsindən hələ 10 gün əvvəl MTN-in Anti-Terror Mərkəzinin o zamankı rəis müavini İlqar Əliyevin birbaşa nəzarətində olan “reket jurnalist” Habil Əliyev onun və bəzi vəzifəli şəxslərin barəsində böhtan yazıb. Pərviz həbs edilən günü İlqar Əliyev həmin yazını masanın üzərinə qoyub. Bildirib ki, sən iki yüksək vəzifəli adamla müxalifət arasında vasitəçilik eləmisən, qəzet də bunu yazıb. Pərviz elə oradaca İlqarın üzüən adıçəkilən qəzetin MTN-nin “maşası” olduğunu deyib.

Əlbəttə, biz bilirdik ki, MTN-nin əvvəlki quldur dəstəsinin iş metodikasi belə idi: Əvvəl əlindəki “reket jurnalistlərin” əli ilə “ictimai rəy” yaradır, sonra günahsız olaraq həbs elətdirir, şərləyir, əmlaklarını, pullarını alır.
2014-cü ilin yaz aylarında bir nəfər vəkil dostum bildirdi ki, bu, Habil Vəliyevdir. Onu görəndə Kəlbəcərin işğal gününü xatırladım. Bu barədə az sonra…
Yadıma düşdü ki, Pərvizin dediyi insan budur. Bildirdim ki, mən Pərviz Həşimlinin vəkiliyəm. Pərviz Həşimlinin əleyhinə danışdı və təbii ki, ona etiraz etdim. Bir neçə dəqiqənin içində intelektə, səviyyəyə, normal ictimai münasibətlərə yad olan bu adamın danışıq tərzi məni təəccübləndirdi.
Bildirdi ki, 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib, guya, onun 48 əsgərini Murov dagda Yol Evində güllələyiblər. Onun bu sözündən sonra Habili ilk tanıdığım günü ona xatırlatdım.
01.04.1993-cü il tarixdə saat 11 radələrində Togana istiqamətində Kəlbəcərə gedən könüllülər idik. Bizi yola salan ve bunu təşkil edən Cavid Qurbanov, Əlövsət Ağalarov və digər Kəlbəcər ziyalıları idi. Biz Murov dağ istiqamətində hərəkət edəndə əsgərlərlə dolu maşınlar Gəncə istiqamətinə gedirdi. Bu zaman gənclər və mən bu maşınların qarşısını kəsdik. “QAZ 66”markalı maşının qabaq hissəsində oturan adam Habil Vəliyev idi. Bu o, Habildir ki, orda-burda “vətənşüvənlik”lə məşğuldur. Mən ona “QAZ 66”da qaçan siz deyildiniz” deyə soruşdum. Murov dagının Yol Evində 48 nəfəri güllələyən kim idi? Sizdən sonra mən orada 3 gün qaldım və orada hər hansı meyit görmədim. Sizin maşınınızı idarə edən şəxsin də kəlbəcərli olduğunu dedim. Bundan sonra özünü itirən Habil başladı, nalayiq söyüşlər söyməyə. Təbii ki, cavabını yerində də aldı.
Boğazına qalustuq bağlayıb amma elementar etik qaydalara riayyət etməyən bu “jurnalistin” iş adamları, vəzifə sahibləri üçün bir xərçəng yarasına çevrildiyini də hər kəs bilir.
Görünür, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son bəyanatında hədəfə vurub. Dostum Pərviz bəyin qurucusu olduğu gununsesi.info saytının isə bunu ictimailəşdirməsi Habili özündən çıxarıb.
Düşünürəm ki, MTN adlı qurum ləğv edildi. Ancaq onun tör-töküntüləri də “süpürülməlidir”.
Biz isə azad söz üçün, haqq ədalət uğurunda təqibə, təzyiqə məruz qalan hər bir jurnalistin yanındayıq.
“Reketlər”, “şantajçılar” istisna olmaqla….

gundelik