Tanınmış vəkil Bəhruz Bayramov 2 ilə yaxındır ki, Sumqayıt Şəhər Məhkəməsində üzləşdiyi qanunsuzluq hallarından yazıb.
Gununsesi.info vəkilin qeydlərini təqdim edir:
Sumqayıt Şəhər məhkəməsində
“Hüquq islahatı, yoxsa hüquq rəzaləti?”
Bu gün Sumqayıt Şəhər Məhkəməsində baş verən biabırçılıqdan sizlərə məlumat verməyi özümə borc bilirəm.
İşin faktiki halları aşağıdakılardan ibarətdir:
İki uzaq qohum arasında nigah rəsmi qaydada rəsmiləşdirilir.
Hər iki nigaha girən şəxs bunun əleyhinə olub və formal olduğunu biliblər. Buna baxmayaraq, valideynlər israr ediblər. Hec vaxt bir yerdə yaşamayıblar, birgə təsərrüfatları aparmayıblar, toy, nışan mərasımı olmayıb. Məhkəmədə hər iki tərəf bu nigahın məcburi olduğun təsdiq edir.
Dindirilən şahidlər oğlanın qardaşı, qızın anası bu faktı təsdiq edir.
Sumqayıt Şəhər Şəhkəməsinin hakimi Aynur Behbudova iddianı rədd edir.
Bu da son deyil. 1 il 6 aydır ki, bu işi Sumqayıt Şəhər Şəhkəməsinə göndərirəm, əsassız qərardadlara geri qaytarırlar. Gah, yazırlar ki, mediyasiyadan keçməmisən, gah da başqa şey yazırlar. Qalmışam, yerlə – göy arasında.
Bilmirəm kiminsə hüquqlarını qoruyum, yoxsa hakimlərin “qanunsuzluqları” mübarizə aparım.
Hakim Aynur Behbudovanın axırıncı qərardadı cox “biabırçılıq” idi.
101 manat dövlət rusumu ödəyirəm. Hakim 100 manatı görmür, ödənilən eyni qəbzdə 1manat komissiyon haqqını görür.
Davam edir 37, bağışlayın, “Məhkəmə- hüquq islahatı”…
Bəhruz Bayramov
Vəkil